Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2023 23:46
Gürcüstan ərazisində pis hava şəraiti ilə əlaqədar Gürcüstan Hərbi Yolu ilə bütün nəqliyyat növlərinin hərəkəti yenidən məhdudlaşdırılıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə Şimali Osetiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb .
""Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədar noyabrın 21-i saat 20:40-dan etibarən Vladiqafqaz şəhəri ilə Lars qəsəbəsi arasındakı ərazidə Rusiya Federasiyasından çıxmaq istiqamətində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib" - məlumatda deyilir.
Məhdudiyyətlərin növbəti xəbərdarlığa qədər tətbiq edildiyi dəqiqləşdirilir.
Kazbegi-Verxniy Lars sərhəd-keçid məntəqəsi Gürcüstan və Rusiyanın quru sərhədində hazırda fəaliyyət göstərən yeganə buraxılış məntəqəsidir.
2023-cü ilin yayında Rusiya və Gürcüstan sərhədində yerləşən "Verxniy Lars" keçid məntəqəsində avtomobillər üçün zolaqların sayı 39-a çatıb. Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi qeyd edib ki, üç zolağa keçidin genişləndirilməsi keçid problemini həll etməlidir.