Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur aktrisa xəstəxanaya düşdü - FOTO

Məşhur aktrisa xəstəxanaya düşdü - FOTO

Tarix: 22 Noyabr 2023 10:50

Yeşilçamın usta adlarından olan Filiz Akın dünən axşam saatlarında xəstəxanaya yerləşdirilib.

Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, səs tellərində yaranan problemə görə boğazından bir parça çıxarılan Filiz Akın daha sonra qulağındakı şiş səbəbindən əməliyyat olunub.

Məşhur aktrisa xəstəxanadakı otağından paylaşım edərək səhhətilə bağlı məlumat verib.

O, bunları yazıb: "Noyabrın 10-da şiddətli öskürək, qızdırma və Covid-ə bənzər şikayətlərlə həmin gecə xəstəxanada qalmalı oldum. Ertəsi gün evə çıxdıq. Müalicəni evdə ciddi şəkildə davam etdirmək şərti qoydular. İnşallah bu gün yoxlamalarda 'Sağalma yolundasınız' deyəcəklər" deyib.


Etiketlər:  Məşhur aktrisa xəstəxanaya düşdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ