Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstefaya göndərilən Sem Altman vəzifəsinə qaytarılır

İstefaya göndərilən Sem Altman vəzifəsinə qaytarılır

Tarix: 22 Noyabr 2023 13:26

Ötən həftə istefaya göndərilən ChatGPT-nin yaradıcısı "OpenAI" şirkətinin Baş direktoru Sem Altman öz vəzifəsinə qayıdacaq. 

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı şirkət öz "X" hesabında paylaşıb. 

Bununla yanaşı, şirkət direktorlar şurasının tərkibində də dəyişikliklər edəcək. 

Xatırladaq ki, S.Altman istefaya göndərildikdən sonra onun "Microsoft Corp."da işə başlayacağı məlum olub. Noyabrın 20-si isə "OpenAI" şirkətinin əməkdaşlarının əksəriyyəti açıq məktub yazaraq Altmanın vəzifəsinə geri qaytarılmasını tələb ediblər. Əməkdaşlar əks halda onun kimi "Microsoft"a gedəcəklərini bildiriblər.


Etiketlər:  İstefaya göndərilən Altman vəzifəsinə qaytarılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ