Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2023 15:55
Əməkdar artist Aybəniz Haşımovanın bloqer qızı Aynişan Quliyeva izləyicilərinin suallarını cavablandırıb.
Sonxeber.net yenisabah.az-a istinadla xəbər verir ki, suallar onun şəxsi həyatı ilə bağlı olub:
- İstəyib əldə etmədiyiniz bir şey var?
- Mən əldə edə bilməyəcəyim heç nəyi istəmərəm və istəmirəm də. İstədiyim bir şey isə arzuya, daha sonra məqsədə çevrilir, əldə edirəm.
- Aynişan xanım, ailə, uşaq düşünürsünüz?
- Ərə vermək istəyirsiniz məni? Niyə soruşasınız? Bu məlumat həyatınızda nəyi dəyişəcək ki?
- Hər gün fərqli kombinlər etmək, baxımlı olmaq sizi yorurmu?
- Yormur. Çünki mən belə formalaşmışam. Uşaq vaxtından həmişə baxımlı və təmiz olmuşam. Yadıma gəlir, məktəbdə oxuyanda səhər saat 5-də oyanıb saçlarımı düzəldir, 7-də məktəbə gedirdim. Düzdür, məktəbdə heç vaxt makiyaj etməmişəm, amma həmişə geyim tərzimlə və səliqəmlə seçilmişəm. Məktəbim bir çox qızı geyimlərimdən axtarıb bənzərlərini geyinirdi. O zaman marka mağazalar demək olar ki. yox idi. Ona görə də yalnız bənzərlərini tapmaq mümkün olurdu.
- Ürəyinizi qıranların nə vaxtsa, Allah cəzasını verəcək?
- Açığı, mənə artıq maraqlı deyil. Mənim üçün bitmiş bir insan istər cəza alsın, istər almasın. ən böyük cəzası elə məni itirməyidir. Həyatımdan çıxardığım insanları unuduram, onlarla bağlı xatirələri belə unuduram. Ona görə sizə də sözüm odur ki, boş verin Onlara pis şey arzulamağınız belə çoxdur.
- İdmanla əvvəlki qədər çox məşğul olmursunuz deyəsən?
- Bəli. Çünki boksdan sonra boynumda ciddi problemlər yarandı: 2 protruziya, 1 yırtıq. Ətrafımdakı hər kəs əksini söyləsə də, bədənim əvvəlki kimi fit gəlmir mənə.
- İnsanlara doğruluğumuzu necə sübut edək?
- Mən o işin başını buraxdım. Onsuz da birinin hekayəsində sən ən pis, digərinin isə ən yaxşı insansan. Kim nəyə inanmaq istəyirsə, inanır. Mənim boş mübahisələrə xərcləməyə enerjim yoxdur.