Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya bizə “İsgəndər” verib, Bakıya isə deyib ki… - Melkonyan

Rusiya bizə “İsgəndər” verib, Bakıya isə deyib ki… - Melkonyan

Tarix: 23 Noyabr 2023 07:36

Biz KTMT-nin üzvüyük, amma Rusiyanın başçılıq etdiyi KTMT bizə heç bir silah vermir, halbuki ödənişi əvvəlcədən etmişik.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri hakim "Mülki müqavilə" partiyasından olan deputat Qagik Melkonyan erməni mediasına müsahibəsində deyib.

O bildirib ki, Rusiya hətta ödənilən məbləği də geri qaytarmır:

"Digər tərəfdən Rusiya Bakının da müttəfiqidir və hesab edirəm ki, onun Ermənistanı silahlandırmaması ilə bağlı Bakı ilə razılaşması var".

Deputat Rusiyanın əvvəllər Ermənistana silah verməsi ilə bağlı xatırlatmaya cavab olaraq vurğulayıb:

"Əvvəllər bizim biabırçı razılaşmamız var idi ki, silahı yalnız Rusiyadan almalıyıq. Rusiya isə bizə köhnə silahlar, köhnə texnika verdi. 2002-2004-cü illərdə mən hərbi xidmətdə olanda texnika götürmüşdük, pul ödəyib, təmir etdirib, sonra gətirmişdik. Son illərdə isə ümumiyyətlə heç nə verməyiblər. Serj Sərkisyanın vaxtında bizə "İsgəndər"i verdilər, sevindik, sonra anladıq ki, "İsgəndər"lər də "İsgəndər" deyil. Bunlar adi mərmilər idi. Əminəm ki, burada da azərbaycanlılarla razılaşma olub, onlar deyiblər:

"İsgəndər"lərdən qorxmayın, bu məsələ həll olunub".

Milli.Az


Etiketlər:  Rusiya bizə İsgəndər verib Bakıya isə deyib ki Melkonyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ