Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Əl-Şəfa”dan 200-ə yaxın insan təxliyə edildi

“Əl-Şəfa”dan 200-ə yaxın insan təxliyə edildi

Tarix: 23 Noyabr 2023 10:32

Qəzza zolağındakı "Əl-Şəfa" xəstəxanasından 190 yaralı və xəstə, eləcə də tibbi heyət təxliyə edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Fələstin Qızıl Aypara Cəmiyyəti yayıb. 

Təxliyədə cəmiyyətin 14 təcili yardım avtomobili və BMT-nin 2 avtobusu iştirak edib. 

Xəstəxanadan təxliyə edilənlər Qəzza zolağının ərazisində yerləşən Xan-Yunis şəhərində Avropa xəstəxanasına və Rəfahda "Əbu-Yusif ən-Nacar" hospitalına aparılıb. 

Bununla yanaşı, digər çox sayda yaralının tibbi heyətlə "Əl-Şəfa"da qaldığı bildirilir. 

Qeyd edək ki, İsrail ordusu noyabrın 25-i xəstəxana yaxınlığında HƏMAS-ın silah anbarının və idarəetmə mərkəzinin yerləşdiyi ərazidə hərbi əməliyyata başladığını açıqlayıb. HƏMAS isə öz növbəsində xəstəxanadan hərbi baza olaraq istifadə etməsini təkzib edib.

Milli.Az


Etiketlər:  Əl Şəfadan 200 ə yaxın insan təxliyə edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ