Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrəvan sakinləri hökumət evinin qarşısında etiraz aksiyası keçirir

İrəvan sakinləri hökumət evinin qarşısında etiraz aksiyası keçirir

Tarix: 23 Noyabr 2023 10:42

İrəvanda səhər saatlarında Nazirlər Kabineti binasının 3-cü korpusunun qarşısında etiraz aksiyası keçirilir.

Sonxeber.net report-a istinadən xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Məlumata görə, etiraza səbəb Ararat vadisində yeraltı su ehtiyatlarının həcminin azalması və onların keyfiyyətinin dəyişməsinin balıqçılıq təsərrüfatlarını təhdid etməsidir.

Bildirilib ki, noyabrın 22-də Ermənistan parlamenti belə təsərrüfatların yalnız iqtisadi dövriyyə sistemləri ilə işləməyə məcbur edən qanunun lehinə səs verib. Həmin sənədə əsasən, suyun yalnız 40 faizi təkrar istifadə oluna bilər. Sahibkarlar bu məsələyə etiraz ediblər.


Etiketlər:  İrəvan sakinləri hökumət evinin qarşısında etiraz aksiyası keçirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ