Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda taxta bazarındakı yanğında ölən kimdir? - YENİ DETALLAR

Bakıda taxta bazarındakı yanğında ölən kimdir? - YENİ DETALLAR

Tarix: 23 Noyabr 2023 11:06

şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektindəki taxta bazarında baş verən yanğında həyatını itirən şəxslə bağlı yeni detallar məlum olub.

Milli.Az xəbər verir ki, BAKU.WS-in əldə məlumata görə, yanğında həyatını itirən 1962-ci il təvəllüdlü Razi Qasımov yaxın qohumunun obyektində mühafizəçi işləyirmiş. Razi Qasımov yanğın baş verən zaman alovun mühafizə etdiyi obyektə də keçməsini görməsindən sonra halı pisləşərək hadisə yerində dünyasını dəyişib. 

TƏBİB-in yaydığı məlumata görə, Bu gün saat 05:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, "Dərnəgül" taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

Hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb.

Milli.Az


Etiketlər:  Bakıda taxta bazarındakı yanğında ölən kimdir YENİ DETALLAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ