Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2023 11:30
Dilan Polat və Engin Polat cütlüyü davası ilə gündəmə gələn sosial media fenomeni və gözəllik mərkəzinin sahibi Banu Parlak sosial media hesablarında silahlı paylaşımlarına görə yenidən saxlanılıb.
Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, videoda Banu Parlakın belindən tapança çıxararaq "Mənim də belə maraqlarım var, maşın, ev yox. Bəs nə edək? Bu günü çox gözlədim" deyib.
Qeyd edək ki, polis Banu Parlakın evində axtarış zamanı "Glock" markalı sənədsiz silah və 9 ədəd patron ələ keçirib.