Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Niderlandda parlament seçkilərində ultrasağçılar qalib gəldi

Niderlandda parlament seçkilərində ultrasağçılar qalib gəldi

Tarix: 23 Noyabr 2023 13:48

Niderland krallığında parlament seçkilərində ultrasağ yönlü Azadlıq Partiyası qalib gəlib.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı "eurointegration.com" yayıb.

Bildirilib ki, səslərin 98 faizi sayılıb. Azadlıq Partiyası parlamentdə 37 yer qazanıb. Bu exit-poll-un ehtimalından iki dəfə çoxdur. Azadlıq Partiyası hazırkından 20 yer artıq əldə edib.

Məlumata görə, siyasi təşkilatın lideri Gert Vilders Ukraynaya silah tədarükünə qarşı çıxış ilə də tanınır.

Milli.Az


Etiketlər:  Niderlandda parlament seçkilərində ultrasağçılar qalib gəldi


RƏYLƏR