Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2023 21:16
Türkiyənin şərqindəki Malatya vilayətində 5,2 maqnitudalı zəlzələ baş verib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Departamenti məlumat yayıb.
Zəlzələnin fəsadları barədə hələlik məlumat yoxdur. Zəlzələ yerli vaxtla saat 17:46-da qeydə alınıb. Zəlzələ ocağı 7 km dərinlikdə yerləşib.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən bildirilib ki, yeraltı təkanların episentri təxminən 441 min nəfər əhalisi olan Malatya şəhərindən 30 km cənub-şərqdə yerləşib.
Zəlzələ Türkiyənin şərqində bir çox bölgədə hiss olunub.