Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2023 23:16
Livandakı "Hizbullah" hərəkatının İsrailin şimalındakı Safed şəhəri yaxınlığındakı hərbi məntəqəyə 48 "Katyuşa" raketi atdığı, həmçinin sərhəddəki 6 hərbi nöqtəyə də hücum həyata keçirdiyi bildirilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Hizbullah" yazılı açıqlama verib.
Bundan əlavə, Harba Maar, Marabda, Birka Rişa, Cəl əl-Aləm, Ed-Duhayra hərbi məntəqələrinin və İsrail sərhədində yerləşən Sasa qəsəbəsində toplanan əsgərlərin idarə olunan raketlər və müvafiq silahlarla hədəfə alındığı da qeyd edilib.
Bildirilib ki, "Hizbullah"ın daha 1 üzvü həlak olub.
Qeyd edək ki, oktyabrın 8-dən İsrail ordusu ilə qarşıdurmalarda həyatını itirən "Hizbullah" üzvlərinin sayı 85-ə yüksəlib.