Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Emoməli Rəhmon Azərbaycana işgüzar səfərə gəlib

Emoməli Rəhmon Azərbaycana işgüzar səfərə gəlib

Tarix: 24 Noyabr 2023 00:24

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Tacikistan Prezidenti Emoməli Rəhmonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

Milli.Az


Etiketlər:  Emoməli Rəhmon Azərbaycana işgüzar səfərə gəlib


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR