Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2023 19:50
Azərbaycan yığması Dauqavpils şəhərində 18 yaşadək voleybolçu qızlar arasında Şərqi Avropa Voleybol Zona Assosiasiyasının (EEVZA) çempionatında növbəti oyununu keçirib.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, millimiz 5-ci matçında Polşa ilə qarşılaşıb.
Əvvəlki 4 oyunda olduğu kimi, voleybolçu qızlarımız yenə də 1 set qazanmadan məğlub olublar. Bu matçda millimiz məhsuldarlıq baxımından ən pis göstəricisini nümayiş etdirib. Onlar ümumilikdə 24 top qazanıblar. Şahin Çatmanın rəhbərlik etdiyi yığma bu ən yaxşı halda 10 top qazana bilib.
Qeyd edək ki, bu, komandamızın ardıcıl 5-ci məğlubiyyəti olub. Yığma daha öncə Latviya, Ukraynaya, Estoniya və Litva millilərinə də "quru hesabla" uduzub. Voleybolçular növbəti görüşünü noyabrın 26-da Gürcüstana qarşı keçirəcək.