Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2023 04:30
Rusiyanın Sankt-Peterburq şəhərinin sakinləri qəribə mənzərənin şahidi olublar. Belə ki, Yekaterinqofka çayı üzəri müxtəlif naxışları olan sıyıqşəkilli kütlə ilə örtülüb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə çoxlu kadrlar yayılıb.
Ekspertlər bunun elmi açıqlamasını veriblər. Onların sözlərinə görə, güclü yağan qar sıfır temperaturda suya düşərkən əriməsə, əksinə onunla qarışsa, belə "xəmir" əmələ gəlir. Külək isə həmin kütləni bir yerə toplayaraq qəribə naxışlar yaradır.