Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2023 16:52
Qəbiləsinin azadlığı uğrunda mübarizə aparan əfsanəvi döyüşçü, son yerli Amerika müqavimətinin simvolu, bir xalqın şərəfi: Geronimo. Sirli ruh, cəsarət və azadlıq dastanı olan bu personaj Amerikanın yerli tarixində öz izini qoydu.
Sonxeber.net sfera.az-a istinadən xəbər verir ki, Amerikaya qarşı döyüşən Geronimonun hekayəsini təqdim edir.
Bedonkohe Apaçi qəbiləsinə mənsub olan Geronimo Nyu Meksiko bölgəsində anadan olub. Əsl adı Qoxlayeh, Əsnəyən Adam mənasını verirdi, lakin meksikalılar ona "Gerenimo", ispanlar isə "Jerome" deyirdilər. Baş Mahkonun nəvəsi Geronimo əslində rəis yox, şaman idi.
Ruhani və intellektual biri olan Geronimo döyüşçü və liderlik keyfiyyətlərini özündə birləşdirirdi. Onun döyüş karyerası həm də Apaçilər arasında çox hörmətli olan Chiricahua qrupunun başçısı olan qaynı ilə bağlıdır. Geronimo Amerika hökumətinə qarşı mübarizə aparan son yerli Amerika liderlərindən biri idi.
Geronimonun "ağlara" nifrəti 1858-ci ildə başlamışdı. Həmin il evə qayıdarkən o, həyat yoldaşı, anası və 3 övladını ispanlar tərəfindən qətlə yetirildiyini gördü. Geronimo tezliklə bütün yerli Amerika icmasının ən mühüm komandiri oldu.
O, Meksikadan ABŞ-a qədər uzanan geniş bir coğrafiyada illər boyu davam edən amansız partizan müharibəsinə rəhbərlik etmişdir. Digər Apaçi rəislərinin də hörmət etdiyi Geronimo 1877-ci ildə tutularaq rezervasiyaya yerləşdirildikdə bir neçə dəfə qaçmağa çalışıb.
Nəhayət, dördüncü cəhddə uğur qazanıb. Onu ələ keçirmək üçün səfərbər olunan 500 kəşfiyyatçı və 3000 meksikalı əsgər uzun müddət onu ələ keçirə bilməyib. Dumanlı Dağlara sığındığı bir dövrdə 5000 süvari tərəfindən təqib edilən Geronimonun izinə rast gəlmək mümkün olmayıb. Süvarilər kəndlərə hücum etməyə başlayanda Geronimo xalqına zərər verməmək üçün təslim olub.
Təslim olduqdan sonra son günlərini Oklahoma ştatındakı Fort Sill-də keçirən Geronimo Arizonadakı evinə qayıtmaq istəsə də, ona icazə verilməyib. O, 1909-cu ildə Oklahomada hərbi əsir kimi vəfat edib. Bəziləri onun öldürüldüyünü deyir. Geronimonun bu füsunkar həyat hekayəsi bir çox filmin mövzusu olmuşdur.
Bu filmlərin ən məşhurlarından biri 1993-cü ildə çəkilmiş "Jeronimo: Amerika əfsanəsi" filmidir.