Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrail fələstinli məhbusların ikinci qrupunu azad etdi

İsrail fələstinli məhbusların ikinci qrupunu azad etdi

Tarix: 26 Noyabr 2023 09:12

İsrail Qəzzadan olan fələstinli məhbusların ikinci qrupunu azad edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Həbsxanadan çıxan fələstinlilər Fələstinin iki əsas bölgəsindən biri olan İordan çayının qərb sahilinə aparılıb. Keçmiş məhbusları daşıyan avtobuslar Beytuniya şəhərinə gəlib.

Telekanalın məlumatına görə, onları qarşılamaq üçün şəhərə yüzlərlə yerli sakin, o cümlədən həbsdən çıxanların qohumları toplaşıb.

Bununla belə, İsrail ordusu aydınlaşdırıb ki, Qızıl Xaç Cəmiyyətinin bildirdiyi kimi ölkəsinə 20 deyil, cəmi 17 girov gəlib. Noyabrın 26-da bazar günü gecə yarısına qədər azad edilməli olan daha üç girovun taleyi hələ də məlum deyil.

Milli.Az


Etiketlər:  İsrail fələstinli məhbusların ikinci qrupunu azad etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ