Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2023 19:58
Yaxın gələcəkdə Çində kəskin respirator xəstəliklərə yoluxma hallarının sayı artmağa davam edəcək.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi Mi Fen keçirdiyi brifinqdə bildirib.
"Yaxın gələcəkdə Çində kəskin respirator xəstəliklərin sayı artmağa davam edəcək, bu, müxtəlif növ tənəffüs patogenlərinin üst-üstə düşməsi ilə əlaqədardır"-deyə, o bildirib.
O, aydınlaşdırıb ki, son vaxtlar kəskin respirator infeksiyalara yoluxma hallarının əksəriyyəti qrip virusu ilə bağlıdır, lakin bir sıra xəstələrdə rinovirus (zökəm törədən əsas virus - Qeyd), mikoplazma pnevmoniyası, respirator sinsitial virus (ağciyərləri və tənəffüs yollarını zədələyən yüksək yoluxma qabiliyyətinə malik virus - Qeyd) və adenovirus (yuxarı tənəffüs yollarında kəskin iltihab yaradır - Qeyd) da var.
Ooyabrın 22-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çindən uşaqlarda tənəffüs xəstəliklərinin artması ilə bağlı əlavə məlumat istəyib.