Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2023 15:16
Cinayət təşkilatının üzvü olduğu və cinayət nəticəsində əldə edilən pulları yuduğu üçün həbs edilən Candan bacılarından Bahar Candanın əyləncə mərkəzində dəstə başçısından pul alması görüntüsü üzə çıxıb.
Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaq, cinayət təşkilatına üzv olmaq və cinayət təşkilatı yaratmaq ittihamı ilə saxlanılan Nihal Candan və Bahar Candan bacıları ifadə verdikləri məhkəmə tərəfindən həbs ediliblər.
ShowMain News-da yer alan xəbərə görə, Bahar Candanın əyləncə məkanlarından birində dəstə başçısı olduğu iddia edilən şəxsdən pul alması ilə bağlı görüntülər mətbuata sızıb.
Əyləncə məkanında rəqqaslarla vaxt keçirən Bahar Candan Apaydından aldığı pulla rəqqasələrə pul yağdırıb.
Görüntülərin nə vaxt çəkildiyi isə məlum deyil.