Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu orqanı kiçik olanların immuniteti zəif olur - Araşdırma

Bu orqanı kiçik olanların immuniteti zəif olur - Araşdırma

Tarix: 28 Noyabr 2023 07:24

Təbiətdə eyni orqanizm və bədən ölçüsünə malikl canlılar içində ən uzun ömürlü insandır. İnsanın böyrəkləri və bağırsağı nə qədər zəif olsa da, bütün bədəni beyin idarə etdiyi üçün homo-sapiens heyvanlardan fərqlənir və yaşamaq uğrunda mübarizədə qalib gəlir.

Sonxeber.net xəbər verir ki, immunitetin gücü insanın çəkisi, əzələsi və fiziki böyüklüyündən yox, beynin ustalığı, sinir sisteminin möhkəmliyi və ağılın dərəcəsindən asılıdır.

Alimlər endokrin, sinir və immun sistemi bir vahid sistem kimi qəbul etməyə başlayıblar. Əbəs yerə deyilmir ki, güclü stress və əsəb hormonal fonu və immunteti zəiflədir, hətta məhv edib, ağır xəstəliklərə yol açır.

Bir sözlə, beyin yoxdursa, güclü deyilsə, immunitet düşür.

Amerikanın 3 universitetinin bioloqları beyinlə immunitetin əlaqəsini qurbağaların üzərində tədqiq ediblər.

Eksperimentdə qurbağa embrionlarından birinin beyni çıxarılır, digərlərini isə beyinli saxlayırlar. Məlum olub ki, beyinsiz embrionların immun sistemi hüceyrələrinin işi pozulub, demək olar ki, dayanıb. Bu hüceyrələr bədəndə xaotik olaraq qaçışır, infeksiya zamanı bir yerə toplanmırdı. Amma beyinləri yerində olan qurbağalarda immun hüceyrələr sistemli və nizamlı olub, bakteriya olan yerə uğurla transfer olurdular.

Qurbağaların hamısı süni olaraq virusa yoluxdurulur, mübarizədə beyni olan qurbağaların 50%-i sağ çıxır, beyni olmayanların isə cəmi 15%-i.

Burdan belə nəticəyə gəlinib ki, beyin immunitetə siqnal göndərib tapşırıq verir. BU tapşırıq vaxtında və düzgün verilməsə, immun hüceyrələr tənbəl və xaotik olur, gec ayılır və düzgün işləmir. Beyin koordinasiya, tez reaksiya vermək qabiliyyəti az olanda, beyindən keçən neyronlar zəifləyəndə insan tez-tez xəstələnir və gec sağalır. İmmunitetin xüsusi əsgərləri olan makrofaq, neytrofillər də dofamin adlı kimyəvi maddənin siqnalı ilə hərəkət edir, bu maddə də beyində formalaşır.

Ona görə beyni aktiv, daim gərgin belə deyək iş rejimində saxlamaq, tənbəlləşməyə qoymamaq lazımdır. Statistikaya görə də, kimin beyni aktiv işləyir, çox oxuyur və elmlə məşğul olur, o adamlar uzun ömür sürür. Beyninizi məşğul edin, krossvord, intelekt oyunları, qiraətlə məşğul olun. /medicina.az


Etiketlər:  orqanı kiçik olanların immuniteti zəif olur Araşdırma


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ