Tarix: 6 Noyabr 2019 12:56
APOEL-in sabiq futbolçusu Kostas Malekkos Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”la oyunöncəsi Kipr klubunun şanslarını dəyərləndirib.
Qol.az Kipr mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis azarkeşlərin dəstəyinin vacib olduğunu və APOEL-in qələbəsinin əhəmiyyətini xatırladıb:
“Bütün Kipr sabah APOEL-i dəstəkləməlidir. Azarkeşlərin stadionu doldurmamsı kluba qarşı ədalətsizlik olar. Çünki APOEL ölkəni Çempionlar Liqasında iki klubun təmsil etməsinə yol aça bilər. APOEL-in Azərbaycanda xal aldıqdan sonra bu oyunda “Qarabağ”a qalib gəlməməsi intihar olar. Məncə, “Qarabağ”la oyunu ağıllı və təmkinlə dəyərləndiriləcək”.
Qeyd edək ki, noyabrın 7-də keçiriləcək APOEL – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.