Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çempionlar Liqası: 4 komanda 1/8 finala vəsiqəni rəsmiləşdirib

Çempionlar Liqası: 4 komanda 1/8 finala vəsiqəni rəsmiləşdirib

Tarix: 29 Noyabr 2023 07:22

UEFA Çempionlar Liqasında qrup mərhələsinin V turuna start verilib.

Milli.Az report-a istinadən xəbər verir ki, ilk gündə E, F, G və H qruplarında oyunlar keçirilib.

Bu qruplarda "Mançester Siti" və "Leyptsiq"dən sonra daha 4 komanda 1/8 finala vəsiqəni rəsmiləşdirib. Bunlar "Atletiko", "Latsio", Dortmund "Borussiya"sı və "Barselona"dır.

Qeyd edək ki, digər qruplarda V turun matçları noyabrın 29-da keçiriləcək.

Çempionlar Liqası. Qrup mərhələsi, V tur
28 noyabr

E qrupu
"Latsio" (İtaliya) - "Seltik" (Şotlandiya) 2:0
"Feyenoord" (Niderland) - "Atletiko" (İspaniya) 1:3
Xal durumu: "Atletiko" - 11, "Latsio" - 10, "Feyenoord" - 6, "Seltik" - 1.

F qrupu
"Milan" - "Borussiya" (Dortmund, Almaniya) 1:3
PSJ (Fransa) - "Nyukasl" (İngiltərə) 0:1
Xal durumu: "Borussiya" - 10, PSJ - 7, "Nyukasl" - 5, "Milan" - 5.

G qrupu
"Mançester Siti" (İngiltərə) - "Leyptsiq" (Almaniya) 3:2
"Yanq Boyz" (İsveçrə) - "Srvena Zvezda" (Serbiya) 2:0
Xal durumu: "Mançester Siti" - 15, "Leyptsiq" - 9, "Yanq Boyz" - 4, "Srvena Zvezda" - 1.

H qrupu
"Şaxtyor" (Donetsk, Ukrayna) - "Antverpen" (Belçika) 1:0
"Barselona" (İspaniya) - "Portu" (Portuqaliya) 2:1
Xal durumu: "Barselona" - 12, "Portu" - 9, "Şaxtyor" - 9, "Antverpen" - 0.

Milli.Az


Etiketlər:  Çempionlar Liqası 4 komanda 18 finala vəsiqəni rəsmiləşdirib


RƏYLƏR