Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda nağdsız əməliyyatların həcmi 2 dəfə artıb

Azərbaycanda nağdsız əməliyyatların həcmi 2 dəfə artıb

Tarix: 6 Noyabr 2019 14:24

Bakı. Eldar Canaşvili - Trend:

Ölkə daxilində əməliyyatlar zamanı nağdsız dövriyyənin payı 2016-cı illə müqayisədə 1,7 dəfə (26 faizdən 44 faizədək), əməliyyatların həcminə görə isə 2 dəfə (92, faizdən 19,9 faizədək) artıb.

Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiyalar Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 4-cü Beynəlxalq Bankçılıq Forumunda deyib.

O bildirib ki, bu gün ölkədə hər 10 min nəfərə 7,2 minə yaxın ödəmə kartı, 2,5 bankomat və 65 POS-terminal düşür.

Pensiyalar, təqaüdlər, sosial müavinətlər, büdcə təşkilatlarının və özəl müəssisələrin əmək haqları bu gün ödəmə kartları vasitəsilə verilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda nağdsız əməliyyatların həcmi dəfə artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ