Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

15 il hamilə qalmaq üçün cəhd edən qadın dəhşət yaşadı

15 il hamilə qalmaq üçün cəhd edən qadın dəhşət yaşadı

Tarix: 29 Noyabr 2023 14:58

Almaniyada özünü sonsuz hesab edən qadın bir çox uğursuz cəhdlərdən sonra ilk dəfə 39 yaşında hamilə qalıb və nifrət edənlərin hücumları ilə üzləşib. 

Sonxeber.net xəbər verir ki, bu barədə "Metro" məlumat yayıb.

Adriana Krzesniak 15 il hamilə qalmaq üçün uğursuz cəhd edib. 2016-cı ildə indiki əri ilə tanış olub. Cütlük IVF vasitəsilə uşaq sahibi olmaq üçün dörd dəfə cəhd etsə də, bu prosedur da nəticə verməyib. Üstəlik, qadına endometrioz diaqnozu qoyulub, bu xəstəlikdə uşaqlığın daxili təbəqəsinin hüceyrələri onun hüdudlarından kənarda böyüyür. Bu xəstəliyin təzahürlərindən biri sonsuzluqdur.

Krzesniak heç vaxt uşaq dünyaya gətirə bilməyəcəyinə əmin olub və əri ilə birlikdə övladlığa götürmə imkanını axtarmağa başlayıb. Lakin yazda menstruasiya gecikib və tezliklə qadının təbii yolla hamilə qaldığı məlum olub. O, sosial şəbəkələrdə hamilə qaldığı barədə paylaşım edib. Lakin bədxahlar ona hücum çəkməyə başlayıb.

"İnsanlar ana olmaq üçün çox qocaldığımı söyləməyə başladılar. İddia edirlər ki, uşağım 20 yaşına çatanda mənim artıq 60 yaşım olacaq və bu da çox gecdir", - Krzesniak deyib.

Lakin qadın belə ifadələri ürəkdən qəbul etmədiyini bildirib. Krzesniak əlavə edib ki, o, həftədə cəmi iki-üç dəfə ət yeyir və işlənmiş qidalar qəbul etmir. Onun pəhrizinə həmçinin zəncəfil, qara zirə yağı və darı daxildir ki, bu da onun sözlərinə görə gözəlliyi və gəncliyi qorumağa kömək edir.

Qadın yetkinlik dövründə hamiləliyin bir sıra üstünlüklərə sahib olduğuna da əmindir.

"Sən daha səbirlisən və həyatın bir hissəsinin keçdiyini hiss etmirsən. Mən uşaqla evdə qalmağı üstün tuturam", - deyə Krzesniak yekunlaşdırıb.

Xəyal 


Etiketlər:  hamilə qalmaq üçün cəhd edən qadın dəhşət yaşadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ