Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2023 17:46
"Nikaha daxil olan şəxslərin narkomaniyaya görə yoxlanılması mütləqdir".
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu deputat Kamilə Əliyeva Milli Məclisdə "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda keçirilən ictimai dinləmədə çıxış edib.
O bildirib ki, bu artıq zərurət halı alıb:
"Bu tədbir eyni zamanda, narkomaniya ilə mübarizədə təbliğat xarakteri də daşıyar. Çünki belə olsa, hər bir gənc narkomaniyaya qurşanıbsa, biləcək ki, gələcək taleyinə maneə törədə bilər. Beləliklə, zərərli vərdişdən əl çəkə bilər. Hesab edirəm ki, bu istiqamətdə qanunvericiliyə dəyişiklik edilməlidir".