Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qalatasaray" - "Mançester Yunayted" matçı təxirə salınır?

Tarix: 29 Noyabr 2023 20:24

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda bu gün keçirilməli olan "Qalatasaray" - "Mançester Yunayted" oyununun təxirə salınması ehtimalı var.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, bununla bağlı Türkiyə mətbuatı məlumat yayıb. Buna hazırda İstanbulda güclü yağışın yağması səbəb ola bilər. UEFA nümayəndələri görüşün keçiriləcəyi "Rams Park"ın ot örtüyünə baxıb. Ot örtüyü indiki duruma oynanılacaq vəziyyətdədir. Ancaq yağış şiddətli şəkildə davam etdiyi üçün matç saatına kimi yenidən ot örtüyünü son durumu nəzərdən keçiriləcək.

Görüş bu gün saat 21:45-də başlayacaq.
 

Milli.Az


Etiketlər:  Qalatasaray Mançester Yunayted matçı təxirə salınır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ