Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağacanyan: Bu, İrəvan-Kreml münasibətlərinin sonudur

Ağacanyan: Bu, İrəvan-Kreml münasibətlərinin sonudur

Tarix: 30 Noyabr 2023 07:36

"Yuxarı Lars" keçid məntəqəsinin bağlanması Ermənistan-Rusiya münasibətlərinin sonu deməkdir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ermənistanın "Apaven" nəqliyyat-logistika şirkətinin direktoru Qagik Ağacanyan deyib.

"Yuxarı Lars" keçid məntəqəsini sadəcə keçid məntəqəsi hesab etmək olmaz, bu, simvoldur. Bu keçid məntəqəsinin bağlanması Ermənistan-Rusiya münasibətlərinin sonu deməkdir, çünki başqa yerlərdə çətin tapılan mallar Ermənistana məhz Rusiyadan gəlirdi", - o bildirib.

Qeyd edək ki, Rusiya artıq bir həftədir Ermənistandan gedən və kənd təsərrüfatı məhsulları daşıyan yük maşınlarının "Yuxarı-Lars" keçid məntəqəsindən keçməsinə qadağa qoyub.


Etiketlər:  Ağacanyan İrəvan Kreml münasibətlərinin sonudur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ