Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycana pul köçürmələri kəskin azaldı - VİDEO

Azərbaycana pul köçürmələri kəskin azaldı - VİDEO

Tarix: 30 Noyabr 2023 10:08

Rublun ucuzlaşması Azərbaycan bazarına da təsir edir.

Mərkəzi Bankın məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında sürətli pul köçürmə sistemləri vasitəsi ilə ölkə banklarına daxil olan vəsaitin həcmi 2 milyard 76.4 milyon manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 847.9 milyon manat və ya 58% azdır.

Milli.Az-ın xezerxeber.az-a istinadən məlumatına görə, iqtisadçı-ekspert Elşad Məmmədov deyib ki, pul köçürmələrindəki azalmanın səbəbi rus rublunun kəskin ucuzlaşmasıdır.

Hazırda 1000 rubl 19 manat 30 qəpik təşkil edir. Bu rəqəm rublun nə qədər dəyər itirdiyini göstərir.

İqtisadçı bildirib ki, pul köçürmələrinin azalması daxili bazarda alıcılıq qabiliyyətinə xeyli təsir göstərib.

Beynəlxalq ekspertlər isə rublun daha da ucuzlaşacağı qənaətindədirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Azərbaycana köçürmələri kəskin azaldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ