Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldu ABŞ-də məhkəməyə verildi

Ronaldu ABŞ-də məhkəməyə verildi

Tarix: 30 Noyabr 2023 10:18

"Əl-Nasr"ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldunun, "Binance" kriptovalyuta birjasının reklamı və təşviqi ilə məşğul olduğu üçün ABŞ-də kollektiv iddia qaldırıblar.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ABŞ-nin Florida ştatının Dairə Məhkəməsində qaldırılan iddiaya əsasən Ronaldunun köməyi ilə "Binance" birjası qeydiyyatdan keçməmiş qiymətli kağızlara investisiya cəlb edib və buna görə də iddiaçılar zərər çəkiblər.

Bundan əlavə, iddiada Ronaldunun "Binance"ın qeydiyyatdan keçməmiş kripto-qiymətli kağızlarının satışı haqqında məlumatlı olduğu bildirilir, çünki onun investisiya təcrübəsi və üçüncü tərəf məsləhətçilərini cəlb etmək üçün geniş resursları var.

Buna əsaslanaraq, iddiaçılar dəymiş ziyanın və məhkəmə xərclərinin tam ödənilməsini tələb edirlər.


Etiketlər:  Ronaldu ABŞ məhkəməyə verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ