Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qızılcadan niyə ölürlər?

Qızılcadan niyə ölürlər?

Tarix: 30 Noyabr 2023 21:30

Son günlər ölkə ərazisində qızılca xəstəliyinə yoluxma halları artıb.

Hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil etsə də, xəstəlik gənclərdən və orta yaşlı təbəqədən də yan keçmir.

Xəbər verdiyimiz kimi, təkcə Azərbaycan Texniki Universitetində 8 tələbədə qızılca aşkarlanıb. Qızılcaya qarşı uşaqlıq dövründə peyvənd olunmayan orta yaşlı təbəqənin də qısa zamanda xəstəliyə tutulma halları proqnozlaşdırılır.

Hətta xəstəlik sadəcə qrip və virus kimi ötüşmür eyni zamanda qalıcı fəsadlara da səbəb olur:

1.Qızılca peyvəndi olmayan hamilə qadınların vaxtından əvvəl doğuşuna və ya az çəkili körpənin doğulmasına səbəb ola bilər. 

2.Gözün buynuz qişasının zədələnməsi, pnevmaniya və digər hallarla da müşahidə oluna bilər.

Qeyd edək ki, ağırlaşma halları ilə müraciət edən xəstələr qızılca əleyhinə peyvənd olunmamışlardır.

Elə bu səbəbdən digər xəstəliklər kimi, qızılcanın da ağır fəsadlarından qorunmaq üçün peyvənd olunmaq mütləqdir.

Əlavə edək ki, qızılca xəstəliyinə qarşı spesifik vaksin mövcuddur və milli peyvənd təqviminə daxil edilib.

Qızılca əleyhinə peyvənddən geri qalan bütün uşaqlar eyni zamanda digər yaş qrupuna aid vətəndaşlar peyvəndləməyə cəlb olunmalı, müvafiq vitamin A təyinatı verilməlidir.

Milli.Az


Etiketlər:  Qızılcadan niyə ölürlər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ