Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2023 22:56
"Sevilya"nın müdafiəçisi Serxio Ramos və həyat yoldaşı Pilar Rubio arasında münasibətlər pozulmağa yaxındır.
Sonxeber.net lent.az-a istinadla bildirir ki, "El Desmarque" cütlüyün yaxın adamlarına istinadən xəbər verir. Cütlük 11 ildir ki, münasibətdədir. Onlar 2019-cu ildə evlənib və dörd övladı var.
"El Desmarque" Ramos və Rubioya yaxın insanların dediklərindən sitat gətirir: "Ailənin dağılması bir neçə günün məsələsidir".
Bir neçə gün əvvəl cütlükdə böhranla bağlı şayiələr yayılıb və bu, indi ictimaiyyətdə təsdiqlənir.