Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2023 10:40
Məşhur amerikalı müğənni Teylor Sviftin Eras musiqi turu çərçivəsində nə qədər qazandığı məlum olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi 906 milyon dollar rekord gəlirə imza atıb.
Onun ABŞ, Meksika və Cənubi Amerikada dörd milyondan çox bilet satıb. Bu məbləğə sənətçinin yayım, əməkdaşlıq, məhsul satışları və "Taylor Swift: The Eras Tour (2023)" adlı konsert filmindən əldə etdiyi gəlir daxil deyil.
Qeyd edək ki, ifaçının sərvəti Eras musiqi turu sayəsində 1 milyard dollardan çoxdur.