Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı milyarderlərin bazarı yanır - YENİLƏNİB - FOTO

Azərbaycanlı milyarderlərin bazarı yanır - YENİLƏNİB - FOTO

Tarix: 1 Dekabr 2023 13:52

Moskvada "Sadovod" bazarında yanğın başlayıb.

Milli.Az ucnoqta-ya istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Məlumata görə, növbətçi xilasetmə qrupları Moskvanın cənub-şərqində güclü tüstülənən "Sadovod" bazarına cəlb olunublar.

Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumatda bildirilir ki, bazarda ticarət pavilyonları yanır və təxliyyə işləri aparılır.

Hazırda yanğının baş vermə səbəbləri və ərazisi müəyyənləşdirilir.

"Sadovod" bazarında baş verən yanğında azı bir nəfər xəsarət alıb.

Bu, malını xilas etməyə çalışan satıcıdır.

O, xəstəxanaya yerləşdirilib.

Bu arada yanğın genişlənməkdə davam edir və artıq yuxarı mərtəbələri bürüyüb.

İnsanlar təxliyə edilib.

Qeyd edək ki, bazar yəhudi əsilli azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevin "Kiyevskaya ploşad" şirkətinə məxsusdur.

-------

13:22


Moskvada "Sadovod" bazarında yanğın baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda yanğının baş vermə səbəbləri və ərazisi müəyyənləşdirilir. Hazırda bazardan insanların təxliyyəsi həyata keçirilir.

Qeyd edək ki, bazar yəhudi əsilli azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevin "Kiyevskaya ploşad" şirkətinə məxsusdur.

Milli.Az


Etiketlər:  Azərbaycanlı milyarderlərin bazarı yanır YENİLƏNİB FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ