Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2023 18:50
Müğənni Vüqar Muradov sosial şəbəkə hesabında maraqlı paylaşım edib.
Sonxeber.net Lent.az-a istinadən xəbər verir ki, o, meydana yeni çıxmış qadın müğənnilərin bir çoxunun müğənnilik adı altında əxlaqsızlıqla məşğul olduğunu yazıb.
"Ərə gedirlər, bir müddət sonra boşanır, sonra rahat yolla pul qazanırlar. Arxa, sinə, dodaq, bir sözlə, hər şey şişir. Sonda olmayan səslə kompüterin gücünə "müğənni" olur, kreditə maşın alırlar. Bir köməkçi tapır, onun üçün gündəlik restoranlar danışır. Həmin o "müğənni" də əməliyyatla şişmiş arxasını oynada-oynada həm restorandan pul qazanır, həm də ora gələn müştəriylə gecəni yaxşı pula keçirir. 50 restorandan alır, 500 də gecəlik üçün".