Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hindistanda hərbi gəmiyə ilk dəfə qadın komandir təyin edildi

Hindistanda hərbi gəmiyə ilk dəfə qadın komandir təyin edildi

Tarix: 2 Dekabr 2023 08:56

Hindistan Hərbi Dəniz Qüvvələrində ilk dəfə qadın hərbi gəmiyə komandir təyin edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Hindistan Hərbi Dəniz Qüvvələrinin baş komandanı admiral Hari Kumar ölkədə qeyd olunan Hərbi Dəniz Qüvvələri Günü ərəfəsində keçirdiyi brifinqdə bildirib.

"Bu, qərb sahilində yerləşən sürətli döyüş gəmilərimizdən biridir. İlk dəfədir ki, qadın zabit təyin edirik. Biz bütün ixtisas proseslərindən, sonra isə imtahanlardan keçməliydik. O, gəmiyə rəhbərlik etməzdən əvvəl əlavə təlim keçəcək", - Kumar əlavə edib.

Bildirilib ki, qadın komandir Kalininqrad Yantar zavodunda qurulan və 2013-cü ildə Hindistan Hərbi Dəniz Qüvvələrində xidmətə daxil olan "Trikand" freqatında xidmət edəcək.

Milli.Az


Etiketlər:  Hindistanda hərbi gəmiyə ilk dəfə qadın komandir təyin edildi


RƏYLƏR