Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2023 09:18
İsrail müharibədən sonra mümkün hücumların qarşısını almaq üçün Qəzza zolağı ilə sərhədin Fələstin tərəfində bufer zona yaratmaq istədiyi barədə bir neçə ərəb dövlətini məlumatlandırıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Röyters" məlumat yayıb.
İsrail planlarını Misir, İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı ilə bölüşüb.
Bildirilib ki, təşəbbüs İsrailin yeddi günlük atəşkəsdən sonra yenidən başlayan hücumunun tezliklə sona çatacağına işarə etmir.
Qeyd edək ki, Qəzza zolağı təxminən 10 km dərinliyi, 40 km enində bir anklavdır. Cəmi 10 km-lik dərinliyi olan ərazidə "bufer zona"nı təsəvvür etmək çətindir.