Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Kəpəz"də İlqar Nadiri dövrü bitir, yeni sədr bəllidir

Tarix: 4 Dekabr 2023 13:20

"Kəpəz" ətrafında söz-söhbətlər səngimək bilmir.

Gəncə təmsilçisinin premyer-liqadakı nəticələri də dedi-qoduların çoxalmasına səbəb olub. Azarkeşlər komandanın oyunundan narazıdı. Gəncə futbolunun veteranları klub rəhbərliyinin dəyişilməsinin tərəfdarıdır. Bununla bağlı sosial şəbəkələrdə kampaniyalar aparılır. 

"Sarı-göylər"lə bağlı redaksiyamıza maraqlı informasiya daxil olub.

Milli.Az "Offsideplus.az"-a istinadən xəbər verir ki, "Kəpəz"də rəhbər dəyişikliyi olacaq. İlqar Nadiri klubun İdarə Heyətinin sədri vəzifəsindən göndəriləcək. Bu işi kimin icra edəcəyi də bəllidir. Yeni sədr Fərid Xəlilov olacaq. Onun təyinatı yaxın zamanda açıqlanacaq. 

Qeyd edək ki, Fərid Xəlilov idmana yad sima deyil. 40 yaşlı funksioner 2019-2021-ci illərdə "Azərreyl" Voleybol Klubunun prezidenti olub. 2021-2023-cü illərdə Azərbaycan Voleybol Federasiyasının baş katibi vəzifəsini icra edib. Hazırda bu qurumun Reyasət heyətinin üzvüdür.

Milli.Az


Etiketlər:  Kəpəzdə İlqar Nadiri dövrü bitir yeni sədr bəllidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ