Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenskinin xanımı Rusiya haqda suala: “Mən belə bir sözü desəm...”

Zelenskinin xanımı Rusiya haqda suala: “Mən belə bir sözü desəm...”

Tarix: 4 Dekabr 2023 20:06

Ukrayna prezidentinin həyat yoldaşı, ölkənin birinci xanımı Yelena Zelenskaya Rusiya ilə sülhdən danışıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, birinci xanım sülhün mümkünlüyünə inandığını söyləyib.

"Ukraynanın Rusiya ilə danışıqlara başlaması üçün hansı şərtlər lazımdır? Rusiya daim dialoqa hazır olduğunu bildirir. Bu barədə nə düşünürsünüz?", - jurnalist Zelenskayadan soruşub.

Ukrayna prezidentinin xanımı suala belə cavab verib:

"Çox maraqlı sualdır. Əlbəttə, mənim buna cavabım var, amma düzünü desəm, sual birinci xanım üçün çox siyasidir.

Düşünürəm ki, prezident bu suala cavab verməlidir. Mən belə bir məsuliyyəti üzərimə götürə bilmirəm, belə bir mandatım yoxdur. Mənim bu mövzuda hər hansı sözüm prezidentin sözləri kimi qəbul olunacaq, çünki ona yaxın adamam".

Zelenskaya əlavə edib ki, Ukrayna prezidenti bu barədə çox danışır:

"Əminəm ki, bir gün sülh danışıqları baş tutacaq. Əlbəttə, bunu tez bir zamanda olmasını istəyirəm, çünki hər gün qurbanlarımız olur. Sülhün olması üçün qan tökülməsini dayandırmaq əsas vəzifədir. Mən yalnız ümid edirəm ki, belə danışıqlar üçün şərait ən qısa zamanda yaradılacaq. Sizə deyə biləcəyim bunlardır".

Milli.Az


Etiketlər:  Zelenskinin xanımı Rusiya haqda suala Mən belə bir sözü desəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ