Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böyrəkləri daşla dolu 7 aylıq uşaq həkimləri şoka saldı

Böyrəkləri daşla dolu 7 aylıq uşaq həkimləri şoka saldı

Tarix: 5 Dekabr 2023 06:20

7 aylıq azərbaycanlı körpə Türkiyənin Ege Universiteti Xəstəxanasında aparılan əməliyyatlarla həyata qaytarılıb.

Sonxeber.net "medicina"a istinadən xəbər verir ki, valideynnlər Adəmi 5 aylıq olarkən böyrək ağrıları şikayəti ilə yaşadıqları şəhərdəki xəstəxanaya aparıblar.

Müayinə və analizlər zamanı körpəyə sistinuriya (böyrək və sidik kisəsində daş əmələ gəlməsinə səbəb olan irsi xəstəlik) diaqnozu qoyulub.

1,5 aydır xəstəxananın reanimasiya şöbəsində müalicə almasına baxmayaraq, körpənin böyrək funksiyaları getdikcə zəiflədiyi üçün ailə həkimlərin məsləhəti ilə körpəsini Ege Universiteti Xəstəxanasına gətirib.

Ege Universitetinin həkimləri Dr. Əli Tekin və Dos. Dr. Sibel Tiryakinin apardığı əməliyyatlarla körpənin sidik kisəsində və sağ böyrəyindəki daşlar təmizlənib.

Həyati təhlükəsi olan körpə sağ böyrəyindəki daşlar əməliyyatla çıxarıldıqdan sonra evə buraxılacaq.

Əməliyyatı həyata keçirən komitədən dos. Dr. Əli Tekin bildirib ki, körpə Adəm gələndə onun həm sidik kisəsində, həm də böyrəklərində daş olduğunu aşkar ediblər.

Təcili əməliyyata qərar verdiklərini ifadə edən Tekin, "Böyrək daşları ciddi bir xəstəlikdir. Böyrək funksiyalarının tamamilə itirilməsinə səbəb ola biləcək bir vəziyyət yaranmışdı. Ona görə də təcili əməliyyata ehtiyac var idi və bu əməliyyatları etdik", deyib.

Dos. Dr. Sibel Tiryaki əməliyyatın körpənin böyrəyində heç bir kəsik olmadan qapalı əməliyyatla tamamlandığını, beləliklə də körpənin böyrək funksiyalarının normallaşdığını və körpənin həyatının təhlükədən çıxdığını bildirib.


Etiketlər:  Böyrəkləri daşla dolu aylıq uşaq həkimləri şoka saldı


RƏYLƏR