Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vaşinqtonun yaxınlığında güclü partlayış olub

Vaşinqtonun yaxınlığında güclü partlayış olub

Tarix: 5 Dekabr 2023 08:22

ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində yaşayış binasında güclü partlayış baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, bundan bir qədər əvvəl polis axtarış aparmaq üçün evə gəlib.

Polis Arlinqton dairəsində bir evdə məşəl tapançasından açılan atəşlə bağlı məlumatı araşdırırdı. Onlar yaxınlaşanda ev sakini "bir neçə dəfə atəş açıb" və qısa müddət sonra partlayış olub. Polis hadisənin başvermə şəraitini araşdırır.

Evə gələn polis əməkdaşları "yüngül xəsarətlər" alıblar və xəstəxanaya yerləşdirməyə ehtiyac duymayıblar. Hadisə yerinə yanğınsöndürənlər gəlib.

Qeyd edək ki, Arlinqton dairəsi paytaxt Vaşinqtonun yaxınlığındadır.

Milli.Az


Etiketlər:  Vaşinqtonun yaxınlığında güclü partlayış olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ