Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Prezidenti: Bizim daxili vəziyyətimiz xarici amillərdən asılı deyil

Azərbaycan Prezidenti: Bizim daxili vəziyyətimiz xarici amillərdən asılı deyil

Tarix: 6 Dekabr 2023 14:57

Azərbaycanda vəziyyət sabitdir. Bizim daxili vəziyyətimiz xarici amillərdən asılı deyil. Əlbəttə, sərhədlərimizin hüdudlarından kənarda baş verən proseslər ciddi narahatlıq doğurur. Biz bunu hər zaman nəzərə almalıyıq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda danışıb.

Dövlətimizin başçısı, həmçinin deyib: "Daxili risklərə gəldikdə, elə bir ciddi risk və çağırışlarımız yoxdur. Ərazilərimizin və sərhədlərimizin düzgün müdafiə edilməsi üçün zəruri layihələr həyata keçiririk ki, hər hansı xarici risklərdən özümüzü sığortalayaq".


Etiketlər:  Azərbaycan Prezidenti Bizim daxili vəziyyətimiz xarici amillərdən asılı deyil


RƏYLƏR