Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2023 18:38
Heç bir beynəlxalq qüvvə Qəzza zolağının demilitarizasiyasını təmin etməyə qadir deyil, yalnız İsrail Müdafiə Qüvvələri anklavın demilitarizasiyasına zəmanət verə bilər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu bildirib.
"Mən HƏMAS-dan sonrakı günlərdən danışmaq istəyirəm. Qəzza demilitarizasiya edilməlidir. Demilitarizasiyanın qayğısına qalmağa qadir olan yalnız bir qüvvə var. Bu qüvvə İsrail Müdafiə Ordusudur. Heç bir beynəlxalq qüvvə buna görə məsuliyyət daşıya bilməz", - Netanyahu qeyd edib.