Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2023 12:22
İngiltərə klubu "Brayton" ölkə çempionatında 89 illik rekordu təkrarlayıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, komanda bir mövsüm ərzində ardıcıl 15 oyunda həm qol vurmaqla, həm də buraxmaqla buna nail olub.
İngiltərədə bunu sonuncu dəfə 1934/1935 mövsümündə "Vulverhempton" bacarmışdı. Eyni göstəricini 89 ildən sonra "Brayton" təkrarlayıb.
Qeyd edək ki, "Brayton" İngiltərə Premyer Liqasında 15 turdan sonra 25 xalla 8-ci pillədə qərarlaşıb. Roberto De Zerbinin kollektivi bu qarşılaşmalarda 32 qol vurub, 27-ni buraxıb.