Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2019 11:34
Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanın bütün rayonlarının su pasportları hazırlanır.
Trend-in məlumatına görə, bunu "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həmin pasportlarda suyun keyfiyyəti, əhalinin sayı, su təchizatı və sair parametrlər öz əksini tapacaq.
Q.Hüseynov bildirib ki, hazırda 50-dən çox regionda su təminatının yaxşılaşdırılması ilə bağlı işlər həyat keçirilir. Bunlardan 30-da işlər demək olar ki, başa çatıb
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin