Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlər mikrob lifləri ilə özünü bərpa edən biobeton yaratdılar - FOTO

Alimlər mikrob lifləri ilə özünü bərpa edən biobeton yaratdılar - FOTO

Tarix: 9 Dekabr 2023 07:42

ABŞ-nin Pensilvaniya ştatının Dreksel Universitetinin alimləri betonu canlı mikroorqanizmlərlə möhkəmləndirərək onun davamlılığını artırmağa nail olublar.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, tədqiqat "Construction and Building Materials" elmi jurnalında dərc olunub.

Mütəxəssislər bakteriyalarla zəngin hidrogel və davamlı qoruyucu qabıqla örtülmüş xüsusi polimer lifdən istifadə ediblər.

Tədqiqatçıların fikrincə, belə mikrob "armatur"u çatların böyüməsinin qarşısını alır və zədələnmiş materialın bərpasını təmin edir.

Elmi komanda bioloji bərpaedici agent kimi "Lysinibacillus sphaericus" adlı bakteriya ştammından istifadə edib. Bu davamlı mikroorqanizmlərə adətən torpaqda rast gəlinir. Onlar betonda açıq çatlar üçün yamaq halına gələrək stabilləşə və bərkiyə bilən daşa bənzər material yaradaraq mikrobioloji kalsium karbonat çöküntüsü adlanan bioprosesi işə salmaq qabiliyyətinə malikdirlər.

"Lysinibacillus sphaericus" betonun içərisində ağır şərtlərdə yaşaya bilir və nəmişlik yaranana qədər qeyri-aktiv olaraq qalır. Su çata daxil olduqda, hidrojelin genişlənməsinə və qabığından qırılma hissəsinə doğru sıxılmasına səbəb olur. Bu zaman bakteriyalar da hərəkətə keçir və betondakı kalsiumla reaksiyaya girərək kalsium karbonat əmələ gətirərək çatı səthinə qədər doldurur.

Qeyd olunur ki, orta hesabla mikroblar bir-iki gündə çatı bərpa edə bilirlər.


Etiketlər:  Alimlər mikrob lifləri ilə özünü bərpa edən biobeton yaratdılar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ