Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hər zəlzələdən sonra Xəzər dənizində... - Batanların sayı buna görə artırmış - VİDEO

Hər zəlzələdən sonra Xəzər dənizində... - Batanların sayı buna görə artırmış - VİDEO

Tarix: 9 Dekabr 2023 11:32

Zəlzələ baş verir və Xəzərin dibi öz quruluşunu dəyişir. Yarğanlar, çuxurlar, dərin çalalar əmələ gəlir ki, bu da, xüsusilə yay aylarında hər birimiz üçün təhlükə deməkdir. Ona görə də dənizə gedərkən diqqətli olmalıyıq.

Bəlkə də elə bunun nəticəsidir ki, son bir neçə ildə yayda dənizdə batanların sayı xeyli artıb. Çimdiyi ərazidən 1 metr kənarda batma təhlükəsi ilə üzləşənlər də az olmayıb.

Sonxeber.net Xəzər TV-ya istinadən bildirir ki, Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükənin qiymətləndirilməsi şöbəsinin müdiri Qulam Babayev deyir ki, hər dəfə zəlzələdən sonra Xəzərin dibinin quruluşu dəyişikliyə məruz qalır.

Onu sözlərinə görə, Xəzərin dibində çox sayda müxtəlif tektonik qırılmalar, mikro - meqa bloklar  var. Yəni dənizin dibi mürəkkəb bir struktura malikdir.

Qulam Babayev bildirir ki, bloklardakı oyanmalar bu ildən başlayıb və 2024-cu ildə də müşahidə olunacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Hər zəlzələdən sonra Xəzər dənizində Batanların sayı buna görə artırmış VİDEO


RƏYLƏR