Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2023 17:26
İranın Xorasan vilayətində yerləşən neftayırma zavodunda yanğın baş verib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, yanacaq saxlamaq üçün ayrılmış anbarda baş verən yanğın tez bir zamanda ətrafa yayılıb. Hadisə yerinə 5 yanğınsöndürən avtomobili və xilasedicilər gəlib.
Ölən və yaralananlar barəsində hələlik məlumat yoxdur.
Xüsusi xidmət orqanları araşdırma aparmağa başlayıb.