Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qorxmaz Hüseynov: “Azərsu” qazdı, düzəltmədi" deyirlər, bizim asfalt təsərrüfatımız yoxdur

Qorxmaz Hüseynov: “Azərsu” qazdı, düzəltmədi

Tarix: 7 Noyabr 2019 13:51

Bakı. Elçin Mehdiyev - Trend:

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Bakıda su xətlərinin təmiri zamanı yol qazıntılarının aparılması və bununla bağlı cəmiyyətdə müəyyən narahatlıqların olması məsələsinə münasibət bildirib.

Trend-in məlumatına görə, Q.Hüseynov bildirib ki, qəza baş verən zaman mütləq yol qazılmalı və təmir işləri aparılmalıdır: “Cəmiyyətdə belə təəssürat yaranır ki, “Azərsu” yolu qazdı, təmir etməyib getdi. Ancaq elə deyil. Bizim asfalt təsərrüfatımız yoxdur. Ona görə də “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” ilə müqaviləmiz var. Biz qəzanı aradan qaldırdıqdan sonra Agentlik həmin ərazidə asfaltı təmir edir. Bəzən elə olur ki, 2-3 kvadrat metr yeri qazırıq. Agentlyin da imkanı yoxdur ki, biz deyən kimi dərhal gəlib düzəltsin. Ola bilsin ki, bu proses 1-2 gün çəkir. Ona görə də cəmiyyətdə belə fikir formalaşır ki, “Azərsu” qazdı, düzəltmədi. Biz “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” ilə ciddi koordinasiya ilə işləyirik. Bildiyim qədəri ilə Agentlik yeni texnikalar alıb ki, bu da təmir işlərini xeyli asanlaşdıracaq”.


Etiketlər:  Qorxmaz Hüseynov Azərsu qazdı düzəltmədi deyirlər bizim asfalt təsərrüfatımız yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ