Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2023 19:18
Ötən gün ABŞ-ın bölgədə rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyada hava məkanını 6 dəfə pozub.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Tərəfləri Barışdırma Mərkəzinin rəhbərinin müavini Vadim Kulit deyib.
"Əl-Tanf bölgəsində iki F-15 qırıcısı, iki "Rafale" qırıcısı və iki A-10 "Thunderbolt" hücum təyyarəsi tərəfindən altı pozuntu qeydə alınıb", - Kulit brifinqdə bildirib.
O qeyd edib ki, bu cür hərəkətləri ilə koalisiya Suriya hava məkanında vəziyyəti gərginləşdirir.