Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2023 09:02
Avropa Birliyinin (AB) statistika agentliyinin son məlumatına görə, Avstriya 27 ölkə arasında ən xoşbəxt dövlətdir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "İndependent" yazıb.
Avstriya Avrostatın bütün AB dövlətlərində aparılan sorğulara əsaslanan illik Həyat Keyfiyyəti Göstəriciləri nəşrində 10 baldan 7,9 bal toplayıb.
Polşa, Finlandiya və Rumıniya 10 baldan 7,7 bal toplayaraq ikinci yeri bölüşdürüblər.
Bolqarıstan isə ümumi indeksdə altı baldan (5,6) az toplayan yeganə ölkə olub.
Maraqlıdır ki, AB-nin ən böyük iqtisadi gücü sayılan Almaniya sorğuda 6,5 xalla yalnız Bolqarıstanı geridə qoyaraq ən bədbəxt ölkələr sırasında yer alıb.
İtaliya, İspaniya və Fransa isə 7,1 bal toplayıb.
Sorğuda respondentlər təhsil səviyyəsi, ailə və maliyyə sabitliyi kimi amillərə üstünlük veriblər.